titolo pulito

L’Azerbaigian festeggia il giorno della vittoria presso l’ambasciata di Roma

ROMA – AZƏRTAC xəbər verir ki, İtaliya Parlamentinin üzvlərinin, Xarici İşlər Nazirliyinin rəsmilərinin, diplomatik korpus təmsilçilərinin, ictimai-siyasi xadimlərin, aparıcı media qurumlarının əməkdaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycanın və İtaliyanın Dövlət himnləri səsləndirilib, torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının 20 faiz ərazisini hərbi işğal altında saxladığını, apardığı işğal və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlının öz yurd-yuvalarından didərgin düşdüyünü bildirib.

Səfir R.Aslanov dövlətimiz tərəfindən aparılmış siyasi və diplomatik səylər nəticəsində bütün aparıcı beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını tanıyan, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul etdiyini vurğulayıb. Lakin Ermənistanın buna baxmayaraq, 30 ilə yaxın müddət ərzində bu qətnamələrin tələblərini yerinə yetirmədiyini, xüsusilə də təxribat xarakterli addımlar ataraq danışıqlar prosesini məqsədyönlü şəkildə pozduğunu, bir daha özünün əsl məqsədinin Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirdiyi diqqətə çatdırılıb.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti silahlı hücumuna cavab olaraq, Azərbaycan Ordusunun BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması, ədalətin və beynəlxalq hüququn bərpası üçün BMT Nizamnaməsinin 51-ci maddəsi əsasında özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatlarına başladığını qeyd edən səfir bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqının səfərbər və həmrəy olaraq dövlət başçısının ətrafında birləşdiyini vurğulayıb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ermənilər tərəfindən işğal olunmuş ərazilərini azad edərək dövlətimizin ərazi bütövlüyünü bərpa etdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Münaqişədən sonrakı dövrdə ölkəmizin regionda yeni geosiyasi reallıqlar yaratdığını qeyd edən səfir R.Aslanov Azərbaycanın qalib ölkə olmasına baxmayaraq, öz ənənələrinə uyğun sülh və inkişaf gündəliyini təşviq etdiyini bildirib. Bu gün Azərbaycanın azad etdiyi və Ermənistan tərəfindən minalarla çirklənmiş ərazilərin təmizlənməsi, bu ərazilərdəki dağıdılmış şəhər və kəndlərin yenidən qurulması istiqamətində irimiqyaslı layihələr həyata keçirildiyi qeyd olunub.

Azərbaycan-İtaliya münasibətlərinə toxunan səfir bildirib ki, iki ölkə arasındakı münasibətlər hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İtaliyanın Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyini daim dəstəklədiyi, habelə İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində iştirak etdiyi vurğulanıb.

Tədbir çərçivəsində Vətən müharibəsi və Şuşa şəhəri ilə bağlı videoçarxlar təqdim olunub. Həmçinin İtaliyada yaşayan azərbaycanlı fotoqraf Emil Qarabəyin Şuşaya səfəri zamanı çəkdiyi fotolardan ibarət “Romadan Şuşaya” adlı sərgisi nümayiş olunub.

Bundan başqa, səfirliyin inzibati binasının fasadında Azərbaycanın üçrəngli bayrağı və Şuşanın simvolu sayılan “Xarıbülbül” videoproyeksiya edilib.

Certified
Lascia una risposta

L'indirizzo email non verrà pubblicato.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy
404